Siyasət

Sarkisyandan geri addım

829
Sarkisyandan geri addım
"Ermənistan Qarabağ münaqişəsinin həllində güzəştə - kompromisə hazırdır". ANS PRESS-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Ermənistan prezidenti Serj Sarkisyan çıxış edib.

O həmçinin bütün bölüklərin aprelin 1-nə kimi olduqları məntəqələrə qayıtmasını istədiyini deyib. Sarkisyan bunu ATƏT-ə üzv ölkələrin səfirləri ilə İrəvanda görüşü zamanı deyib.

Azərbaycan cavab tədbirlərini birtərəfli qaydada dayandırmaq barədə qərar qəbul edir.

Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə , beynəlxalq qurumların təkidli müraciətləri və Azərbaycan dövlətinin sülhsevər siyasət yürütməsinin nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırır, azad olunmuş ərazilərin və torpaqların müdafiəsini gücləndirmə tədbirlərinin təşkilinə başlanması barədə qərar qəbul edib.

Aprelin 3-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində birtərəfli qaydada düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini dayandırmasına baxmayaraq Ermənistan tərəfi vəziyyəti gərginləşdirməkdə davam edib. Düşmən tərəfi itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edib və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutub.
Ötən gün və gecə ərzində aparılan döyüşlərdə ermənilər canlı qüvvə və hərbi texnika sarıdan çoxsaylı itkilərə məruz qalıb.
Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 3 hərbi qulluqçusu şəhid olub.