Siyasət

Putin Qarabağdakı atışmadan danışdı

766
Putin Qarabağdakı atışmadan danışdı
Rusiya prezidenti tərəflərə çağırış edib

Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağdakı təmas xəttində hərbi əməliyyatların başlanması barədə xəbərlərdən dərin narahatlıq keçirir".

LİA.AZ TASS-a istinadla verdiyi məlumata görə, bunu V. Putinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, Rusiya prezidenti münaqişə tərəflərini dərhal atəşi dayandırmağa və təmkin nümayiş etdirməyə çağırıb.
Putin Qarabağdakı atışmadan danışdı
Dmitri Peskov - Kreml sözçüsü

Hərbi cəhətdən iflasa uğrayan Ermənistan növbəti dəfə təxribat törətməyə çalışıb. Aprelin 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qalıb. Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.


Müdafiə Nazirliyi cəbhədə baş verənlərlə bağlı məlumat yayıb
Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirilir.

Aprelin 2-nə keçən gecə qoşunların təmas xəttində yaranan gərginlik hələ də davam edir.