Siyasət

Kreml xarici işlər nazirini də hərəkətə keçirdi

548
Kreml xarici işlər nazirini də hərəkətə keçirdi
"Moskva təmas xəttindəki vəziyyətlə bağlı Azərbaycan və Ermənistanın xarici siyasət idarələrinin rəhbərləri ilə daimi təmas halındadır".

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O, Moskvanın Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin ciddi pisləşməsi barədə məlumatlardan çox narahat olduğunu bildirib.
Rusiya XİN nümayəndəsi tərəfləri təmkinli olmağa və silahlı toqquşmalara dərhal son qoymağa çağırıb.