Siyasət

Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin olunub

603
Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin olunub
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Deniz Duranın səlahiyyət müddəti başa çatır
[b][/b]
APA-nın məlumatına görə, artıq bu vəzifəyə yeni təyinat da olub. Belə ki, beynəlxalq təşkilatın Bakı nümayəndəliyinə Elena Aymone Sessera rəhbərlik edəcək.

Qeyd edək ki, Elena Aymone Sessera 2000-ci ilin noyabr ayından etibarən BQXK-da fəaliyyət göstərməyə başlayıb. 2011-ci ilin oktyabr ayında xanım Sessera BQXK-nın Amerika regionu üzrə əməliyyatlar koordinatoru vəzifəsinə təyin edilib və BQXK-nın Kolumbiya və Braziliya nümayəndəliklərini əhatə edib. O, həmçinin region üzrə əməliyyatlar direktoru vəzifəsini də müvəqqəti yerinə yetirib. BQXK-nın Baş Qərargahında işləməmişdən öncə xanım Sessera Komitənin Pakistan, Şri-Lanka, Haiti, Ruanda və Kolumbiya nümayəndəliklərində çalışıb.

Xanım Elena Aymone Sesseranın İtaliyanın Padua və Almaniyanın Boxum universitetinin insan hüquqları və demokratiya üzrə, eləcə də Hüquq və UNİCRİ universitetinin kriminologiya və beynəlxalq kriminal hüquq üzrə magistr dərəcəsi var. Trieste universitetinin beynəlxalq və diplomatik əlaqələr fakültəsinin bakalavr pilləsini bitirib. O, 6 dil bilir.