Siyasət

Prezident Qobustan rayonunda yol tikintisi üçün pul ayırdı

649
Prezident Qobustan rayonunda yol tikintisi üçün pul ayırdı
Prezident İlham Əliyev Qobustan rayonunun Təklə-Sündü-Xilmilli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Prezidentin rəsmi saytında verilən məlumata görə, on beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Təklə-Sündü-Xilmilli avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində avtomobil yolları təsərrüfatı üçün nəzərdə tutulmuş vəsait hesabına “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə 700,0 (yeddi yüz) min manat ayrılıb. Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək tapşırılıb.