Siyasət

Ərdoğan Bakıya gəlir

898
Ərdoğan Bakıya gəlir
Səfərin fevral ayının 3, yaxud 4-cü həftəsində baş tutacağı bildirilir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gələcək.

Bu barədə ANS PRESS-in Türkiyə bürosuna hökumətdəki mənbədən məlumat veriblər. Məlumata görə, Ərdoğanın səfəri çərçivəsində bir sıra ikitərəfli danışıqlar keçiriləcək. İki ölkə rəhbəri arasında baş tutacaq danışıqlardan bəzilərinin mətbuata qapalı keçiriləcəyi gözlənilir.

Azərbaycan səfərinə Rəcəb Tayyib Ərdoğanla yanaşı Türkiyə Baş Qərargahının yüksək rütbəli əməkdaşları və bəzi nazirlərin qatılacağı gözlənilir.

Səfərin dəqiq vaxtı açıqlanmasa da bunun fevral ayının 3, yaxud 4-cü həftəsində baş tutacağı bildirilir.
Hələlik səfərin dəqiq məqsədi barədə məlumat verilmir. Lakin mühüm qərarların müzakirə ediləcəyi gözlənilir.

Ərdoğan Bakıya gəlir
Rəcəb Tayyib Ərdoğanın Bakıya ötən il baş tutan səfərindən


Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana sonuncu dəfə birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ötən il iyunun 12-də səfər edib.

Səfər günü hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə Prezidentini Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.

R.T.Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğan, turizm və mədəniyyət naziri Ömer Çelik, müdafiə naziri İsmet Yılmaz, enerji və təbii qaynaqlar naziri Taner Yıldız, gənclik və idman naziri Akif Çağatay Kılıç, keçmiş nəqliyyat, dənizçilik və rabitə naziri Binali Yıldırım, prezidentin sözçüsü İbrahim Kalın, Anadolu xəbər agentliyinin rəhbəri Şenol Kazancı müşayiət edirdi.

Ərdoğan Bakıya gəlir
Rəcəb Tayyib Ərdoğanın Bakıya ötən il baş tutan səfərindən