Siyasət

Azərbaycan İslam Partiyasının keçmiş sədr müavini həbs olunub

675
Azərbaycan İslam Partiyasının keçmiş sədr müavini həbs olunub
Azərbaycan İslam Partiyasının keçmiş sədr müavini İnqilab Əhədov həbs olunub

Azərbaycan İslam Partiyasının keçmiş sədr müavini İnqilab Əhədov dünən axşam saatlarında yaşadığı Salyan şəhərində həbs olunaraq Bakıya aparılıb.

Onun oğlu Xəlilin virtualaz.org saytına verdiyi məlumata görə, atası səhhətinin pisləşməsi ucbatından 2 ilə yaxın imiş ki, İslam Partiyasında fəaliyyətini dayandıraraq rayona qayıdıb, bütün günü evdə olurmuş.

Məşədi İnqilab Əhədovun evində hal şahidlərinin iştirakı ilə axtarış aparılsa da, şübhəli heç nə tapılmayıb.