Siyasət

Cəlilabad rayonunda 20 yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

990
Cəlilabad rayonunda 20 yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
20 yanvar 2016-cı il tarixdə Cəlilabad rayonunda 20 yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir

Bolgexeber.com-un məlumatına görə saat 10.00-da rayon icra hakimiyyətinin başçısı cənab Əziz Əzizov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri Cəlilabad şəhəri mərkəzindəki Şəhidlər Xiyabanını ziyarət etmiş, əklil qoymuş, şəhid rəsmlərinin həkk olunduğu mərmər lövhələrin önünə tər qərənfillər düzmüşlər. Tədbir “Tut bağı” şadlıq evində ədəbi-bədii kompozisiya ilə davam etmişdir. Tədbiri giriş sözü ilə RİH-nin başçısı Əziz Əzizov açaraq xalqımıza qarşı törədilən Qanlı Yanvar faciəsinin baş vermə səbəbləri barədə ətraflı məlumat verib. Qeyd edib ki, ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində dağılmaqda olan Sovet imperiyası öz ömrünü uzatmaq, müstəqillik uğrunda mübarizəyə qalxmış xalqları bu mübarizədən çəkindirmək üçün qanlı qırğınlar törətməkdən belə çəkinməyib. Belə qanlı hadisələrdən biri isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilib. Həmin vaxt müstəqillik arzusu ilə meydanlara çıxan əliyalın, günahsız insanlara qarşı sovet ordusu birləşmələri tərəfindən bəşəri cinayət törədilib. “Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs Ümummilli lider Heydər Əliyev olub. Belə ki, Heydər Əliyev 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Ulu öndər Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib”.Natiq qeyd edib ki, Qanlı Yanvar faciəsi ilə bağlı Ulu öndər Heydər Əliyev tərəfindən verilən kəskin bəyanat artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasından xəbər verirdi.Tədbirdə Şəhidlərimizin əziz xatirəsinə müqəddəs kitabımız olan «Qurani Kərim»dən ayələr və yasin surəsini oxumuş, ehsan mərasimi keçirilmişdir.Tədbirin yekununda 20 yanvar, Qarabağ əliləri, Şəhid ailələrinə maddi yardımlar edilmişdir.
Cəlilabad rayonunda 20 yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
Cəlilabad rayonunda 20 yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
Cəlilabad rayonunda 20 yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir