Siyasət
Mərkəzi Bank məşhur bankı bağladı
796

"Bank of Azerbaijan"ın lisenziyası ləğv edildi.
Azərbaycan Mərkəzi Bankından (AMB) ANS PRESS-ə verilən məlumata görə, Mərkəzi Bankın İdarə Heyətinin 18 yanvar 2016-cı il tarixli, 4 nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Bank of Azerbaijan” ASC-nin bank lisenziyası ləğv edilib.
“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq, 18.01.2016-cı il tarixdən banka müvəqqəti inzibatçı təyin edilib.
AMB bildirir ki, “Bank of Azerbaijan” ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.
Oxşar xəbərlər:

Mərkəzi Bank banklara qarşı tələbləri zəiflədəcək
İqtisadiyyat
Azərbaycan bankları kreditləşməni məhdudlaşdırdı
İqtisadiyyat
Mərkəzi Bank haqqında qanuna dəyişikliklər edildi
Sosial
“EvroBank” müflis elan edildi
Son xəbər / İqtisadiyyat
Mərkəzi Bank üçün 141 metrlik yeni bina tikilir
Maraq / Azərbaycan