Siyasət
Prezident qanundakı dəyişikliyi təsdiqlədi
635

Bu şəxslər 50 min cərimə olunacaq
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəniz sahili ərazilərinin zəbt edilməsi ilə bağlı cərimələrin artırılmasına dair dəyişiklikləri təsdiqləyib.
Məcəllənin 88-2-ci maddəsində aşağıdakı əlavələr edilib:
88-2. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulması
88-2.1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına, yəni:
88-2.1.1. həmin torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılmasına;
88-2.1.2. həmin torpaq sahəsinin müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması zamanı Azərbaycan Respublikasının Torpaq Məcəlləsində nəzərdə tutulmuş hasarlanma və bağlanma üçün istifadə edilən tikinti konstruksiyalarının dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsinin və ya dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına, yaxud həmin hasar və ya tikinti konstruksiyasının uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçidin təmin olunmamasına;
88-2.1.3. dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə -
fiziki şəxslər dörd min manat miqdarında, vəzifəli şəxslər səkkiz min manat miqdarında, hüquqi şəxslər qırx min manat miqdarında cərimə edilir
88-2.2. Bu Məcəllənin 88-2.1-ci maddəsində nəzərdə tutulmuş xətaların il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə-
fiziki şəxslər beş min manat miqdarında, vəzifəli şəxslər on min manat miqdarında, hüquqi şəxslər əlli min manat miqdarında cərimə edilir.”.(lent.az)
Oxşar xəbərlər:

Ekoloji qanunvericiliyi pozanlar 61,5 min manat cərimələnib
Siyasət
Siqaret çəkənləri kim cərimələyəcək? - Qalmaqallı qanun
Azərbaycan
Qanunsuz mitinqlərə görə cəzalar sərtləşdirilir
Azərbaycan
Prezident 3 sərəncam, 1 fərman imzaladı-Yenilənib
Son xəbər
Azərbaycanda narkomanlar məcburi müalicə olunacaqlar
Azərbaycan