Siyasət

Pakistan Azərbaycan Media Forumu ABŞ Konqresinin Azərbaycan əleyhinə mövqeyinə etiraz etdi

1267
Pakistan Azərbaycan Media Forumu ABŞ Konqresinin Azərbaycan əleyhinə mövqeyinə etiraz etdi
R. J. Ə. Bhatti: “Bu günə kimi heç bir qətnaməni yerinə yetirməsələr də, Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmur”

VoicePress.az-ın verdiyi xəbər görə, Pakistan Azərbaycxan Media Forumunun Pakistan üzrə sədri Raca Javid Əli Bhatti ABŞ konqresmeni Kristofor Smitin “Azərbaycanda Demokratiya Qanunu 2015” adı altında Azərbaycan əleyhinə qanun qəbul edilməsi ilə bağlı çıxışını qətiyyətlə pisləyib. Həmin məqalə Pakistanın ən nüfuzlu nəşrlərində yer alıb.

Məqalədə bildirilib ki, əgər ABŞ Konqresi bu qanunu qəbul edərsə, ABŞ-a ən yaxın dost münasibətlərində olan Azərbaycan kimi tərəfdaşı itirməli olacaq. Azərbaycan bu gün Xəzər dənizi hövzəsində ən elit dövlətlərdən biri olmaqla yanaşı, həm də tolerant ölkə modeli kimi nümunəvi bir dövlətdir. Konqresmen Smit Azərbaycan əleyhinə hazırlanmış qanun layihəsini sırf erməni lobbisinin maliyyəsi qarşılığında hazırlayıb. Burada isə məqsəd sadəcə Azərbaycana daha çox ziyan vurmaqdan ibarətdir. Ermənistanın Azərbaycana qarşı bu cür nifrət dolu münasibəti də hamıya aydındır: Ermənistan hələ də Azərbaycan torpaqlarını öz əsarəti altında saxlamağa davam edir. 800000- dən çox azərbaycanlını öz yurd-yuvasından didərgin salıb. Bu azmış kimi, erməni separatçıları korrupsiyadan şişmiş erməni rejminin işğalçılıq siyasətini dəstəkləməyə davam edirlər”

“Həmən bu ermənilər Amerikada öz işğalçılıq siyasətlərini, qanuniləşdirmək üçün dəridən qabıqdan çıxırlar”.

“Ermənilər azərbaycanlılara qarşı etinik təmizləmə siyasəti ilə qan tökdüklərini ört-bastır etmək məqsədi ilə Azərbaycan-ABŞ strateji əməkdaşlığına xələl gətirmək niyyətindədirlər. Ona görə də, ABŞ konqresmeni tərəfindən Azərbaycan əleyhinə qaldırılan qanun layihəsi heç zaman şəffaf şəkildə qəbul edilmiş bir qanun layihəsi sayıla bilməz. Azərbaycan və ABŞ arasındakı dostluq münasibətlərini nəzərə alaraq, sözü gedən qanun layihəsi ləğv edilməlidir”.

“Pakistan Azərbaycan Media Forumu olaraq ABŞ Konqresini bu qanun layihəsini geri çəkməyə çağırırıq”.

“Bundan başqa üzümüzü tutub 10 sentyabr 2015-ci ildə Avropa Parlamentinin də erməni lobbisinin təsiri ilə Azərbaycan əleyhinə, xüsusən də insan hüquqları ilə bağlı qətnamə ilə çıxış etməsi məsələsinə toxunmaq da istəyirəm. Axı Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlıq 1999-cu ildən etibarən olduqca səmimi şəkildə davam etdirilir. 22 iyul 2015-ci ildə Avropa Ali Məclisinin prezidenti Donald Tusk İlahm Əliyevlə görüşdən dərhal sonra bildirmişdi ki, Azıərbaycan Avropanın enerji təminatı yolunda böyük rol oynayır: “Lakin Qərbdə bir sıra erməni diaspora və lobbi dairələri Azərbaycanın beynəlxalq imicinə xələl gətirmək məqsədi ilə əllərindən gələni əsirgəmir”. Daha sonra başqa bir konqresmen bildirmişdi ki, 15 sentyabrda Amerikada Ermənistan Milli Komiteti erməni diasporasına Azərbaycanla Avropa Parlamenti arasında bilərəkdən yaradılan qıcıqlandırıcı münasibətə görə təşəkkür edib. 10 sentyabrda Azərbaycan əleyhinə Avropa Parlamentinin qəbul etdiyi qətnaməni isə hələ həmən zaman erməni lobbisinin uğuru adlandırıb. Sizcə bütün bunlar bir sıra Avropa Parlamentinin və Qərb siyasətçilərinin erməni diasporasının təsiri ilə hərəkət etdiklərinin baris nümunəsi deyilmi?”

“Əgər sanksiya dili ilə danışılırsa, o zaman nə üçün bu günə kimi BMT-nin Ermənistana Azərbaycan torpaqlarının boşaldılaması ilə bağlı 4 qəbul edilən qətnamə hələ də icra olunmur?”

“3-cü qətnaməyə görə BMT, Avropa İttifaqı, NATO və ATƏT Dağlıq qarabağ münaqişəsinin həlli istiqamətində əllərindən gələni əsirgəməyəcəkdi. Bu günə kimi BMT-nin ali məhkəməsinə bununla bağlı 7 dəfə müraciət olunub. Lakin heç bir müraciət dəyərləndirilməyib. Bu günə kimi heç bir qətnaməni yerinə yetirməsələr də, Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmur. Bu gün Pakistan Azərbaycan Media Forumu BMT-nin Təhlüksizlik Şurasından Xocalı soyqrımı və Kəşmir faciəsi ilə bağlı qətnamələrin icra olunmasını tələb edir. Hesab edirik ki, Xocalı soyqrımı zamanı günahsız dinc əhalini acımasızca qətlə yetirilməsinə görə, ermənilərə qarşı sanksiya qəbul etməlidir. Bu gün ABŞ Konqresində də məhz bu qanun layihəsi müzakirə obyekti olmalıdır!”

Nəzərinizə çatdıraq ki, Pakistan Azərbaycan Media Forumu Ülkər Musazadənin rəhbərlik etdiyi Dövlətlərarası Media və Diplomatiya Mərkəzinin ən uğurlu layihəsi olub, hər iki dövlətin maraqlarını müdafiə etmək məqsədi daşıyır.

Məqalənin müəllifi: Pakistan Azərbaycan Media Forumunun Pakistan üzrə sədri Raca Javid Əli Bhattidir.