Siyasət

"İlham Əliyev Türkiyə və Rusiya arasında uğurlu vasitəçi ola bilər" - Rusiyalı politoloq

683
"İlham Əliyev Türkiyə və Rusiya arasında uğurlu vasitəçi ola bilər" - Rusiyalı politoloq
“Azərbaycan prezidenti İlham Əliyev bacarıqlı diplomat kimi Türkiyə və Rusiya arasında vasitəçi ola bilər”.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, politoloq Sergey Markov çıxış edib. Onun sözlərinə görə, rəsmi Bakının Ankara və Moskva arasındakı münasibətlərin yaxşılaşmasında rolu xeyli ümidvericidir.

“Azərbaycanın həm Moskva, həm Ankara ilə yaxşı münasibətləri var. Bu səbəbdən Bakının şanslar yüksəkdir” – deyə rusiyalı politoloq bildirib.