Siyasət

“Kimsə-kimsəni aldatmasın” - Ərdoğan

696
“Kimsə-kimsəni aldatmasın” - Ərdoğan
“Türkiyə Rusiya ilə gərginliyin yaranmasını istəmir”.

AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Türkiyə artıq vurulan Rusiyanın “Su-24” təyyarəsi ilə bağlı BMT və NATO-ya lazım olan məlumatları verib: “ Onlar İŞİD-ə qarşı mübarizə apardıqlarını bildirirlər. Kimsə-kimsəni aldatmasın. Orada heç bir terror qruplaşması yoxdur. İŞİD terrorçuları Cerablusda və onun cənubundadır.

Biz gərginliyin, düşmənçiliyin tərəfdarı deyilik. Yalnız hüququn, diplomatiyanın tərəfindəyik. Lakin suveren haqlarımızın sayılmamasına səssiz və təpkisiz qalacağımızı gözləməyin. Bir həftədir Suriyanın Lazkiye bölgəsinin şimalında, Bayırbucaq türkmənlərinin yaşadıqları ərazidən sərhədlərimizə köçü başlayıb”.

O, qeyd edib ki, rəsmi Ankara Suriyada mövcud vəziyyətlə bağlı sərhədin hər iki tərəfində humanitar fəaliyyətini davam etdirəcək: “Suriya xalqının sülh və əmin-amanlıq şəraitində yaşaması üçün üzərimizə nə düşürsə onu da edəcəyik”.