Siyasət / Son xəbər
Erməni kəşfiyyatçının apellyasiya şikayəti üzrə məhkəməsi başlayıb
834

Gəncə şəhərində erməni kəşfiyyatçının apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilir.
Liderinfo.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə Apellyasiya Məhkəməsində 2014-cü il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü olan peşəkar hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviçin məhkəmə prosesi başlayıb.
Hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə məhkəmənin baxış iclası iyulun 15-nə təyin olunub.
Qeyd edək ki, A.Baqdasaryan 1994-cü il aprelin 23-də Azərbaycanın Xankəndi şəhərində anadan olub. O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Cəzanın onun saxlanıldığı gündən, ötən il dekabrın 26-dan hesablanacağı bildirilib.
Məhkəmənin hökmü ilə Arsen Baqdasaryan məhkəmə xərclərini (665 manat 45 qəpik) ödəməkdən azad olunub.
Oxşar xəbərlər:

Gəncə Təhsil Şöbəsinin müdiri direktorlardan icra başçısı üçün min manat pul yığır- Araşdırma
Redaksiya seçimi / Əsas Xəbər
Təhsil Şöbəsinin müdirəsi oğlunun qumar borcuna görə 200 min manat ödəyib?
Ana səhifə / Əsas Xəbər
Ukraynada amansız döyüşlər başladı
Dünya
Gəncə Dövlət Universitetində "Yay imtahanları" 400 manat,elmi dərəcə üçün isə daha yüksək məbləğ istənilir- Rüşvət
Ana səhifə
Oliqarxın məhkəməsində: “144 milyon manat haradan çıxdı?”
Redaksiya seçimi