Siyasət
AŞPA-nın Daimi Komitəsi parlament seçkilərini müzakirə edəcək
688

Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyasının hesabatı noyabrın 27-də AŞPA Daimi Komitəsinin iclasında dinləniləcək
APA-nın AŞPA-ya istinadən verdiyi məlumata görə, iclas Bolqarıstanın AŞPA Nazirlər Komitəsinə sədrliyi çərçivəsində Sofiya şəhərində baş tutacaq. Daimi Komitənin iclasında həmçinin Qırğızıstan, Belarus və Türkiyədə keçirilmiş seçkilərlə bağlı hesabatlar da müzakirə ediləcək.
Xatırladaq ki, ispaniyalı deputat Yordi Çuklanın başçılığı ilə AŞPA seçki müşahidə missiyası noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkilərini izləyib.
Oxşar xəbərlər:

AŞPA müşahidəçilərinin Azərbaycana səfəri başladı
Siyasət
Bu gün AŞPA-nın payız sessiyası başlayır
Siyasət
Səməd Səmədov AŞPA məruzəçisindən danışdı
Siyasət / Son xəbər
Səməd Seyidov AŞPA-nın qərarını "lazımsız kağız parçası" adlandırdı
Siyasət / Son xəbər
AŞPA parlament seçkilərinə müşahidə missiyası göndərəcək
Siyasət / Son xəbər