Siyasət
Obama Ərdoğanla niyə görüşəcək?
807

Antalyada baş tutacaq “G-20”sammiti çərçivəsində ABŞ prezidenti Barak Obama ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli görüş keçiriləcək
Azvision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Ben Rodes xəbər yayıb.
Görüş zamanı prezidentlər İŞİD-lə mübarizə, həmçinin Suriyadakı vəziyyəti müzakirə edəcəklər.
Rodes əlavə edib ki, Ərdoğanla görüşdən sonra Obama “G20” sammitinin açılış mərasimində iştirak edəcək. Günün ikinci yarasında Obama Avropa ölkələrinin liderləri ilə İŞİD-lə mübarizə və Ukraynadakı vəziyyəti dəyərləndirəcək.
Oxşar xəbərlər:

ABŞ prezidenti noyabrda Türkiyəyə səfər edəcək
Dünya
Rusiya prezidenti və Səudiyyə Ərəbistanının kralı Suriyadakı vəziyyəti müzakirə ediblər
Dünya
İlham Əliyev “Böyük 20-lər”in sammitində: otellər bağlanır
Siyasət
Obama Ramazan bayramı münasibəti ilə Prezident İlham Əliyevi təbrik edib
Siyasət / Son xəbər
Ərdoğanla Ancelina Coli görüşdü - fotolar
Siyasət / Şou Biznes