Siyasət

Zərdüşt Əlizadə qardaşını təbrik etmədi

1169
Zərdüşt Əlizadə qardaşını təbrik etmədi
Milli Məclisə keçirilən seçkilər başa çatdıqdan sonra ilkin nəticələr açıqlanıb. 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən Milli Məclisə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deputat seçilib.

Modern.az saytı tanınmış politoloq Zərdüşt Əlizadədən qardaşı Araz Əlizadənin deputat seçilməsinə münasibət öyrənib:

“Seçkilərlə maraqlanmıram. Kimin deputat seçilməsindən də xəbərim yoxdur”,-deyə Zərdüşt Əlizadə bildirib.

“Araz Əlizadəni təbrik etdinizmi” sualından yayınan Zərdüşt Əlizadə “mən heç nə deyə bilmərəm” cavabını verib.

“Bəs bizim vasitəmizlə qardaşınız Araz Əlizadəni təbrik etmək istərdinizmi” sualına Zərdüşt Əlizadənin cavabı belə olub: “Kimisə təbrik etmək üçün vasitəçiyə ehtiyacım yoxdur”.

Bir sözlə, Zərdüşt Əlizadə qardaşı Araz Əlizadənin bu uğuru barəsində heç nə söyləmək istəmir.

Zərdüşt Əlizadə ASDP-nın ilk sədri və qurucularından olub.