Siyasət / Dünya

Kanada İŞİD ilə mübarizədən geri çəkildi

691
Kanada İŞİD ilə mübarizədən geri çəkildi
Bu barədə “Reuters” agentliyi məlumat yayıb

Kanada İraq və Suriyada beynəlxalq koalisiya gücləri ilə İŞİD-ə qarşı apardığı əməliyyatları dayandırıb.

Kanadanın yeni seçilən baş naziri Castin Trudo Kanada qırıcı təyyarələrinin bundan sonra İŞİD hədəflərini bombalamayacağını açıqlayıb.

C.Trudo ABŞ prezidenti B.Obamaya telefonla zəng edərək, Kanadanın İŞİD-ə qarşı beynəlxalq koalisiyasının güclü bir üzvü olmağa davam edəcəyini, lakin ölkəsinin hava əməliyyatlarından geri çəkildiyini bildirib.

ABŞ rəhbərliyi ilə koalisiya gücləri 2014-cü ilin avqust ayından etibarən İraq və Suriyada İŞİD-ə qarşı hava əməliyyatları başlatmış, Kanada da noyabr ayından etibarən bu əməliyyatlara daxil olmuşdu.

Qeyd edək ki, Kanada “CF-18” tipli qırıcı təyyarələri ilə bombardmanda yer alırdı. (musavat.com)