Siyasət / Son xəbər
Prezident İndoneziya rəsmilərini qəbul etdi
819

Prezident İlham Əliyev iyunun 5-də İndoneziya Respublikasının energetika və mineral ehtiyatlar naziri Sudirman Saidin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Liderinfo.az-ın məlumatına görə, Azərbaycan ilə İndoneziya arasında ikitərəfli münasibətlərin siyasi sahədə yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləmələrinin önəmini qeyd edib.
Neft sektorunda əməkdaşlığı və eləcə də ölkələrimiz arasında böyük ticarət dövriyyəsinin mövcudluğunu münasibətlərimizin yaxşı göstəricisi kimi dəyərləndirən prezident İlham Əliyev ikitərəfli əlaqələrin iqtisadi, enerji, ticarət və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyib.
Nazir Sudirman Said İndoneziya Respublikasının Prezidenti Coko Vidodonun salamlarını dövlətimizin başçısına çatdırıb.
Görüşdə İndoneziyanın energetika və mineral ehtiyatlar naziri Sudirman Saidin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin iqtisadi, enerji, neft-qaz və digər sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığı bildirildi, ikitərəfli əlaqələrin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin rolu xüsusi qeyd olunub.
Dövlət başçısı İlham Əliyev Prezident Coko Vidodonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İndoneziya dövlətinin başçısına çatdırmağı xahiş edib.
Oxşar xəbərlər:

Prezident və xanımı açılışda - fotolar
İqtisadiyyat / Redaksiya seçimi
Prezident səfirin etimadnaməsini qəbul edib (FOTO)
Siyasət / Son xəbər
Bakıda “Bakubus”un avtobus deposu açıldı
Siyasət / İqtisadiyyat
30-dan çox ölkə şirkəti bu sərgiyə toplaşdı
İqtisadiyyat / Dünya
Prezident İlham Əliyev ənənəni pozdu - Maraqlı anlar - FOTO, VİDEO
Əsas Xəbər