Siyasət

Hacıbala Abutalıbov “hə“ dedi - Mitinq olacaq

668
Hacıbala Abutalıbov “hə“ dedi - Mitinq olacaq
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının 25 oktyabrda mitinq keçirmək üçün müraciətini dünən müsbət cavablandırıb

BŞİH-in cavab məktubunda bildirilib ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına riayət olunmaqla, 25 oktyabr 2015-ci il tarixdə saat 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul” stadionu) mitinqin keçirilməsinə razılıq verilir.

Mitinqin təşkilatçılarından xahiş olunub ki, Azərbaycan Respublikası “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanununa əsasən ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmamasına ciddi nəzarət edilsin.

pia.az