Siyasət

Türkiyə helikopteri Ermənistana girdi, Rusiya ayağa qalxdı

959
Türkiyə helikopteri Ermənistana girdi, Rusiya ayağa qalxdı
İki həftə əvvəl Türkiyə hərbi helikopterinin Ermənistanın hava məkanını 2-4 dəqiqə pozmasına cavab olaraq Rusiyanın bu ölkədəki 102-ci hərbi bazasına məxsus təyyarələr havaya qalxıb.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın “Jamanak” qəzeti xəbər yayıb.

“Rusiya hərbçilərinə yaxın olan mənbəmizin məlumatına görə, Ermənistanın hava məkanının pozulması barədə siqnal qəbul olunan kimi “Miq-29” tipli qırıcı təyyarə havaya qalxıb. Lakin Rusiyaya məxsus təyyarə hadisə yerinə çatana qədər Türkiyə helikopteri Ermənistanın hava məkanını tərk edib”, - deyə qəzet yazır.