Siyasət

«Azərsığortanın Ucar filialının müdiri vətəndaşın haqqını vermir

700
«Azərsığortanın Ucar filialının müdiri vətəndaşın haqqını vermir
Oqtay Hümbətov evi zəlzələdən zərər görmüş Samir Şıxəliyevi ələ salmaqla məşğuldur

«Azərsığortanın Ucar filialının müdiri Oktay Hümmətov bizə düşəcək kompessasiyanı mənimsəyib və süründürməçiliyə məruz qoyub». Bunu JAM.AZ-a Ucar rayon sakini, M.Əliyev küçəsi 43-də yaşayan Samir Şıxəliyev bildirib.

Onun sözlərinə görə, 04 sentyabr 2015-ci il tarixdə baş vermiş zəlzələ nəticəsində 3 otaqlı evinə ciddi zərər dəyib, otaqların divarlarında böyük çatlar əmələ gəlib, evin tavanı əyilib və insan yaşaması üçün ciddi təhlükəyə çevrilib. «Evimiz hər an uça bilər. Mən evimi 07.02.2015-ci il tarixdə "Azərsığorta"nın Ucar filialında sığortalamışam və buna dair bir illik müqaviləmizdə var. "Azərsığorta" ilə aramızda bağlanmış sığorta müqaviləsindəki şərtlərə əsasən evin zəlzələ nəticəsində zədələnməsi sığorta hadisəsi hesab olunur. Buna görə mən qanunu qaydada "Azərsığorta"nın Ucar filialının müdiri Oktay Hümmətova müraciət etdim. O isə mənə bildirdi ki, "Müqavilədə yazılsa da, sənə kömək etməyə heç bir maddi imkanımız yoxdur, indiyə qədər görmüsən ki, sığorta şirkəti kiminsə evinə zəlzələyə görə sığorta pulu versin?" deyə mənə ironiya ilə cavab verdi».

Samir Şıxəliyev yazır ki, "Azərsığorta"nın Ucar filialının müdiri Oktay Hümmətov uzun müddətdir rayonda saxtakarlıqla vətəndaşların haqqını mənimsəyib, özünə var-dövlət yığıb. «Rayonda və Bakı şəhərində bir neçə yerdə evlər alıb, bahalı avtomobillərə sahib olub, əsil krallar kimi yaşayır. Ancaq mənim kimi qanunu haqqını tələb edən məzlum vətəndaşları süründürməçiliyə məruz qoyub. Himayəmdə iki azyaşlı uşağım var və zəlzələ nəticəsində qəzalı vəziyyətdə olan evim hər an uça bilər. Bunun da məsuliyyəti Oktay Hümmətovun üzərindədir».

Qarşı tərəfi də dinləməyə hazırıq.