Siyasət / Son xəbər
Xaləddin İsgəndərov hələ də problemli günlərini yaşayır... - Onu təpədən-dırnağa təftiş edirlər...
924

Ötən günlərdə Liderinfo.az-a olaraq Hesablama Palatasının Binəqədi İcra Hakimiyyətində yolxlamalar aparması barədə məlumat vermişdik.
Redaksiyaya etibarlı mənbələrdən daxil olan məlumatda qeyd olunurdu ki, yuxarı instansiyalara rayondakı məlum problemlər və onların həlli zamanı yaranan əngəllər barədə xeyli sayda şikayət məktubu göndərilib.
Eyni zamanda bu növ şikayətlərin mətbuatda ardıcıl olaraq işıqlandırılması vəziyyəti bi qədər də çətinləşdirib. Bildirilir ki, Binəqədi rayonunda ciddi problemlər movcuddur. Rayona nəzarəti öz yaxın qohumlarına tapşıran Xaləddin İsgəndərov oğlunu bir qədər də irəli çəkib.
İdarə müdirləri ilə icra başçısı kimi davranan oğulun bu hərəkəti ciddi problemlərə yol açır. Elə məlum problemlərin biri də baş verdi. 15 nəfərin ölümü ilə tarixə yazılan məlum yanğın hadisəsi bunun bariz nümunəsi idi.
Bizimxeber.az-a daxil olan məlumata görə, baş verən yanğından sonra yoxlamalar daha ciddi şəkilə aparılıb. Nəticələr içtimaiyyətə aşıqlanmasa da, kifayət qədər maliyyə yeyintiləri ilə yanaşı ciddi qusurlar aşkarlanıb. Bütün məlumatlar yuxarı instansilayalara çatdırılıb. Redaksiyaya daxil olan məlumata görə, icra başçısı Xaləddin İsgəndərov yoxlamanın nəticələrinə müdaxilə etmək istəsə də, buna nail ola bilməyib.
Həmçinin oğlunu bir qədər kənara çəkməklə baş verənlərlə bağlı məsuliyyəti idarə və şobə müdirlərinin üstünə atmaq cəhdləri narazılıqla qarşılanıb. Artıq bir neçə idarə müdiri vəzifədən uzaqlaşmaq üçün yollar axtarır. Hətta onlardan bir neçəsi xəstəxanaya da müraciət edib ki, guya səhhətlərində problem var. Bir sözlə, icra başçısı Xaləddin İsgəndərovun yaxın vaxtlarda, daha doğrusu yanan binadakı təmit-tikinti işləri bitəndən sonra postdan uzaqlaşdırılması qaçılmazdır. Həbs ehtimalı da mümkündür.
Mövzünü diqqətdə saxlayırıq.
Oxşar xəbərlər:

Xaləddin İsgəndərov hələ də problemli günlərini yaşayır... - Onu təpədən-dırnağa təftiş edirlər...
Ana səhifə
Gəncənin icra başçısı ilə bağlı prezidentə ilginc şikayət - "VƏLIYEVI DURDURUN"...
Əsas Xəbər / Araşdırma
Saxta diplomlu icra başçısı Süleyman Mikayılov necə hüquqşünas oldu?- Araşdırma
Əsas Xəbər
İrşad Əliyev 1 milyon manat rüşvəti hara verdi? (ŞOK TƏFƏRRÜATLAR)
Ana səhifə
43 villanı tikənin kimliyi bəlli oldu -Araşdırma
Ana səhifə / Əsas Xəbər