Siyasət

Putin Qarabağa qoşun yeritməyəcək

693
Putin Qarabağa qoşun yeritməyəcək
Rusiya Silahlı Qüvvələri kontingentinin xaricdə istifadə edilməsinə razılıq verilməsi barədə qərar Dağlıq Qarabağ ətrafında vəziyyətə təsir etməyəcək. Bunu Trend-ə MDB Ölkələri İnstitutunun sədr müavini Vladimir Jarixin deyib.

Onun sözlərinə görə, bu qərar yalnız Suriyadakı vəziyyətlə əlaqərdardır və heç bir halda Cənubi Qafqaza aid deyil.

Ekspert vurğulayıb ki, bu qərarın Qafqaz ərazisinə heç bir təsiri olmayacaq.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Federasiya Şurasına müraciət edərək Silahlı Qüvvələrdən ölkə xaricində istifadə etmək üçün icazə istəyib. Federasiya Şurası Rusiya Prezidentinin istəyini qəbul edib.