Siyasət

ATƏT sədri Minsk qrupunun həmsədrləri ilə görüşüb

571
ATƏT sədri Minsk qrupunun həmsədrləri ilə görüşüb
ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç Nyu-Yorkda Minsk qrupunun həmsədrləri İqor Popov, Ceyms Uorlik və Pyer Andriu ilə görüşüb.

APA-nın ATƏT-in saytına istinadən verdiyi məlumata görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi A.Kaspişik də iştirak edib

Həmsədrlər ATƏT sədrini təmas xəttində yaranan gərginlik, həmçinin Azərbaycan və Ermənistan rəsmiləri ilə aparılan danışıq prosesi haqqında məlumatlandırıblar.

Son günlər vəziyyətin gərginləşməsi nəticəsində ölənlərin ailələrinə baş sağlığı verən İvitsa Daçiç son eskalasiyanı qətiyyətlə pisləyib, tərəfləri təmkinliyə və gərginliyin aradan qaldırılması istiqamətində səy göstərməyə çağırıb.

ATƏT-in Minsk qrupunun fəaliyyətinə tam dəstək göstərdiyini ifadə edən İ.Daçiç tərəfləri Dağlıq Qarabağ ətrafında danışıqlarda irəliləyişə və etimadın möhkəmləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsinə çağırıb. “İki ölkə prezidenti arasında planlaşdırılan görüş bu istiqamətdə atılan uğurlu addım olacaq”, deyə İ.Daçiç bildirib.