Siyasət

İran bankı Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verdi

810
İran bankı Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verdi
“Bank Melli İran”ın Bakı filialı Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verib.

“Report” xəbər verir ki, İran bankı ziyanın ödənilməsini tələb edir.
İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.
Qeyd edək ki, İranın nəhəng banklarından olan “Bank Melli İran” 87 ildir fəaliyyət göstərir. Bankın dünyada 3300 filialı var.
“Bank Melli İran”ın Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir.