Siyasət
Avropa İttifaqı ilə münasibətlərə yenidən baxmalıyıq` - Milli Məclisdə təklif
627

“Əgər Azərbaycan xalqı Avropa ilə hər hansı bir siyasi və mədəni münasibətlərdən narazıdırsa, onda Avropa ilə əlaqələrin davam etdirilməsinin heç bir əhəmiyyəti yoxdur”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bu gün keçirilən növbədənkənar plenar iclasda çıxışı zamanı deyib.
Komitə sədri bildirib ki, Azərbaycanın Avropa İttifaqına üzv olan bəzi dövlətlərlə əlaqələri mövcuddur: “Bundan sonra da əlaqələr davam etdiriləcək. Biz Azərbayacanla münasibətdə olan Avropa İttifaqına üzv ölkələrin nümayəndələrini ölkəmizə dəvət edəcəyik. Onlar gəlib Azərbaycanda parlament seçkilərini müşahidə edəcəklər. Biz bir təşkilat kimi Avropa İttifaqı ilə münasibətlərə yenidən baxmalıyıq və tövsiyyələrimizi verməliyik. Parlament seçkilərində bizim üçün hansısa beynəlxalq qurumun, təşkilatların fikri yox, Azərbaycan xalqının fikri, mövqeyi, müşahidəsi vacibdir”.
Oxşar xəbərlər:

Bakıda Avropa İttifaqına qarşı etiraz aksiyası keçirildi
Siyasət
Milli Məclis Avropa Parlamentinə görə təcili iclas çağırdı
Siyasət
Səməd Səmədov AŞPA məruzəçisindən danışdı
Siyasət / Son xəbər
AŞPA parlament seçkilərinə müşahidə missiyası göndərəcək
Siyasət / Son xəbər
Avropa Parlamentinin məqsədi Avropa Oyunları ərəfəsində Azərbaycanın beynəlxalq imicinə kölgə salmaqdır - Azay Quliyev
Siyasət / Son xəbər