Siyasət

Bakıda Avropa İttifaqına qarşı etiraz aksiyası keçirildi

639
Bakıda Avropa İttifaqına qarşı etiraz aksiyası keçirildi
Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnaməyə etiraz olaraq Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin binası qarşısında etiraz aksiyası keçirilib

Aksiya Beynəlxalq Diaspora Mərkəzi tərəfindən təşkil edilib.

Aksiyada Avropa İttifaqının eleyhinə şüarlar səsləndirilib. Bildirilib ki, Avropa Parlamentinin Azərbaycandakı vəziyyətlə qəbul etdyi qərəzli qətnamə Azərbaycan diasporunun və eləcə də ictimaiyyətin ciddi narazılığına səbəb olub. Belə bir qətnamənin qəbul edilməsi Avropa Parlamentinin ikili standartlar və islamafobiya mövqelərindən çıxış etdiyinin bazir nümunəsidir.

Beynəlxalq Diaspora Mərkəzi Avropa Parlamentini Azərbaycana qarşı ikili standartlardan əl çəkməyə və beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa çağırıb.

Sonda aksiyanın ilə bağlı Beynəlxalq Diaspora Mərkəzinin rəhbərliyi tərəfindən hazırlanan bəyannamə Avropa İttifaqının Bakıdakı nümayəndəliyinə təqdim olunub.

Nümayiş insidentsiz başa çatıb. (azvision.az)
Bakıda Avropa İttifaqına qarşı etiraz aksiyası keçirildi
Bakıda Avropa İttifaqına qarşı etiraz aksiyası keçirildi