Siyasət / Son xəbər

"Rusiya Ukraynanı bağışlamayacaq"

675
"Rusiya Ukraynanı bağışlamayacaq"
Rusiya Kiyevin borcunun bir hissəsini silməyəcək.

Avropa.info xəbər verir ki, bu haqda Rusiyanın Maliyyə naziri Anton Siluanov məlumat verib. Qeyd edək ki, Ukrayna ilin sonunadək Rusiyaya 3 milyard dollar qaytarmalıdır.

Siluanov xatırladıb ki, Rusiya suveren dövlətdir və bu cür kreditlərdə xüsusi tənzimləmə prosedurası tətbiq olunur. Rusiya Ukrayna tərəfi ilə heç bir danışıqlara getməyəcək.

Maliyyə naziri bildirib ki, Rusiya şirkətlərinin beynəlxalq maliyyə bazarlarda imkanlarının məhdudlaşdırıldığı zamanda bu pullar ölkəyə çox lazımdır. Borcun özü isə qrafikə uyğun qaytarılmalıdır.

Daha əvvəl Ukrayna baş naziri Arseni Yatsenyuk sosial şəbəkədəki səhifəsində yazmışdı ki, Rusiya kreditorları borcun 20%-i növbəti dörd ilə kimi uzatmağa razı olublar.