Siyasət / İqtisadiyyat
Bakıda “Bakubus”un avtobus deposu açıldı
1278

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakubus” MMC-nin birinci Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı deponun və mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verib.
Qeyd edildi ki, burada bir inzibati və dörd xidməti bina inşa edilib. İnzibati binada ümumi, avtobusların və nəqliyyatın idarəetmə mərkəzləri, mühasibatlıq, treninq mərkəzinin sinifləri, yeməkxana və digər otaqlar var.
Azərbaycan Prezidenti “Bakubus” MMC-nin inzibati binasında, Sürücü Təlim Mərkəzində, avtobus parkında yaradılan şəraitlə tanış oldu, avtobuslara baxdı.
Diqqətə çatdırıldı ki, yanacaqdoldurma məntəqəsində eyni vaxtda 15 avtobusa xidmət göstəriləcək. Burada bir avtobusun yanacaqla tam təmin edilməsinə cəmi 7 dəqiqə vaxt sərf olunur.
Sonra dövlətimizin başçısı Sürücü Təlim Mərkəzində avtobusların idarə edilməsi prosesini izlədi.
Oxşar xəbərlər:

Olimpiya Stadionuna bu yollarla gedin
İdman / Maraq
Cəbrayılın icra başçısı Saatlıda torpaqları zəbt edib - fakt
Əsas Xəbər
Bakıda Ağ Şəhər Bulvarı açıldı
İqtisadiyyat
Prezident İlham Əliyev ənənəni pozdu - Maraqlı anlar - FOTO, VİDEO
Əsas Xəbər
Bəzi marşrutların hərəkəti bərpa ediləcək - Siyahı
İqtisadiyyat / Sosial