Siyasət / Araşdırma

Ağdamın kiçik oliqraxının böyük hoqqaları - İlginc iddialar

2393
Ağdamın kiçik oliqraxının böyük hoqqaları - İlginc iddialar
Təkcə Quzanlıda və Bərdədəki obyektlərinin qiyməti milyon manatdan artıq olan Ağdam rayon Suvarma Sistemləri İdarəsinin müdiri Hafiz Əzimzadə işçilərin 3 aylıq əmək haqqını verməyib və bunu Meliorasiya və Su Təsərrüfatı ASC rəhbərliyndən gizlədib.

Bu barədə Ağdam rayon Suvarma Sistemləri İdarəsinin müdiri Hafis Əzimzadə ilə bağlı Liderinfo.az-adaxil olan məlumatda deyilir. İdarə müdirinin bu «əməliyyatı» Ağdam rayon Suvarma Sistemləri İdarəsi ilə Subartezan Quyularının istismar İdarəsi birləşdirilməsi zamanı həyata keçirdiyi bildirilir.

Qeyd edək ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin nəzdində olan Ağdam rayon Suvarma Sistemləri İdarəsi ilə Subartezan Quyularının istismar İdarəsi bir neçə ay əvvəl birləşdirilib. Bu birləşdirmə əsasında isə Hafis Əzimzadə Suvarma Sistemləri İdarəsinin müdiri, keçmiş Subartezan Quyularının İstismar İdarəsinin müdiri Teyyub Nəcəfov isə onun müavini təyin olunub. İnformasiya mənbəmiz bildirir ki, idarə müdiri Hafiz Əzimzadə keçmiş Subartezan İdarəsindən gələn işçilərin 3 aylıq əmək haqqısın kəsib. Səbəbini isə belə izah edib ki, «iki idarə birləşir və Əhməd Əhmədzadənin göstərişinə əsasən 3 aylıq əmək haqqı idarənin bəzi problemlərinə xərclənəcək».

Mənbə qeyd edir ki, Hafiz Əzimzadənin bu «əməliyyatından» Meliorasiya və Su Təsərrüfatı ASC sədri Əhməd Əhmədzadənin qətiyyən xəbəri yoxdur. Çünki bu cür birləşmələr çox olub, amma Ə.Əhmədzadənin kiməsə göstəiş verib əmək haqqını kəsməsi heç inandırıcı deyil. Ona görə də, işçilərin 3 aylıq əməkhqqını kəsmək planı Hafiz Əzimzadə ilə müavini Teyyub Nəcəfovun planıdır. Onlar birləşərək işçiləri məcburiyyət qarşısında qoyaraq əmək haqlarını mənimsəyiblər.

Məlumatda qeyd olunur ki, Ağdam Suvarma Sistemləri İdarəsi rayon ən çox korrupsiyalaşmış təşkilatlardan biridir. Hafiz Əzimzadə uzun illərdir bu quruma rəhbərlik edir və dövlət büdcəsindən ayrılan vəsaitləri müxtəlif işlərin görülməsi adı altında silərək cibinə qoyur. Hafiz Əzimzadənin dövlətdən mənimsədiyi vəsaitlər isə milyon manatlarladır. Bunun sübuta belə ehtiyacı yoxdur. Çünki idarə müdirinin son zamanlar Quzanlı qəsəbəsində inşa etdirdiyi «Vağzal» biqnasını və Çay Evini göstərmək olar. Əzimzadəninin Bərdə rayonunda, Yuxarı Qarabağ kanalının yaxınlığında olan və yüz hekğardan artıq ərazini əhatə edən fermasının dəyəri isə bir neçə milyon manatdır. İdarə müdirinin Bakıda sahib olduğu obyektləri və mənzilləri də bura əlavə etsək Hafiz Əzimzadəninin mal varlığın on milyon manatdan artıq oluduğunu görmüş olarıq. Qeyd edək ki, oxucularımız bu barədə daha ətraflı növbəti yazımızda tanış ola biləcəklər.

Təkcə ötən il Ağdam Suvarma Sisitemləri İdarəsinə üst-üstə 1 milyon manatdan çox vəsait ayrılıb ki, bu pullarınd yalnız bir hissəsi aidiyyatı üzrə xərcləndiyi bildirilir. Yerdə qalan vəsaitləri isə idarə müdiri silərək şəxsi biznesinin qurulmasına xərcləyib. Bundan başqa mənbə iddia edir ki, idarələr birləşən zaman ortaya çox ciddi bir fatk çıxıb. Belə ki, Subartezan Quyuları İstismarı İdarəsinin 3 milyon manat elektrik borcu yarandığı və uzun illərdən bəri idarə müdiri Teyyub Nəcəfov tərəfindən həmin vəsaitin ödənilmədiyi aşkarlanıb. Halbuki idarə müdiri artezian quyularındna istifadə edən vətəndaşlarıdan hər il su pulunu yığıb və onlara dövlət qəbzi verib. Ancaq yığılan vəsaitlər dövlət hesabına yox, idarə müdiri Teyyub Nəcəfovun hesabına «köçdüyü» üçün sərf olunan elektrik enerjisinin pulu ödənilməyib.

Bildirilir ki, iki idarə birləşən zaman ortaya çıxan 3 milyon manatlıq «problemi» rayon icra başçısı Raqub Məmmədov «yoluna» qoyub. Mənbə iddia edir ki icra başçısı Teyyub Nəcəfovun boynuna Quzanlı qəsəbəsindəki bir çox səkilərin, yolların təmir edilməsini qoyaraq problemi "çözəcəyinə” söz verib. Qeyd edək ki, icra başçısı Raqub Məmmədovla, Suvarma Sistemləri İdarəsinin müdiri Hafiz Əzimzadənin birlikdə Teyyub Nəcəfovun 3 milyon manat borcunu necə «həll» etmələri ilə bağlı yaxın günlərdə oxucularımıza ətraflı məlıumat verəcəyik.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.