Siyasət

Ərdoğandan savaş anonsu: vaxt çatdı

916
Ərdoğandan savaş anonsu: vaxt çatdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfa vilayətinin Suruç rayonunda baş vermiş terror aktı ilə bağlı açıqlama verib.

Ərdoğan artıq hərəkətə keçməyin vaxtının çatdığını bəyan edib.

"Terrorun dini, irqi, vətəni yoxdur. Terrora qarşı beynəlxalq işbirliyi çərçivəsində mübarizə aparmağın vacib olduğu göz önündədir. Bunu illərdir ki, deyirik. Amma deməklə kifayətlənməyib artıq hərəkətə keçərək iş görməyin vaxtı çatdığını xüsusilə vurğulamaq istəyirəm", - Türkiyə prezidenti bəyan edib.

Türkiyə mətbuatında iddia edilir ki, Ərdoğan bu açıqlamanı verməklə İŞİD və PKK-ya qarşı ordudan istifadə edəcəyinə işarə edib. (ans)