Redaksiya seçimi / Maraq

Müəllimlər seçki məntəqələrinə hücum etdilər

790
Müəllimlər seçki məntəqələrinə hücum etdilər
Meksikada radikal-yönümlü həmkarlar ittifaqının üzvü olan müəllimlər Oaxaka ştatında seçki məntəqələrinə hücum ediblər.

Liderinfo.az-ın məlumatına görə, ötən həftə keçirilmiş yerli seçkilərin gedişatını pozmaq istəyən müəllimlər yerli hökumətin müəllimlərlə bağlı islahat planına qarşı çıxdıqlarını bəyan ediblər. Meksikalı müəllimlər onların biliklərinin yoxlanması ilə bağlı sınaq imtahanlarının keçirilməsinə qarşı çıxıblar.

Müəllimlər bir neçə seçki məntəqəsinə hücum edərək, 13 min 500-ə yaxın seçki bülletenini yandırıblar. Bu, Oaxaka ştatında seçicilərin səslərinin ləğv edilməsinə səbəb olub.

2006-cı ildə yaradılmış müəllimlərin radikal-yönümlü həmkarlar ittifaqı ölkədə uzunmüddətli tətilləri ilə tanınır.