Redaksiya seçimi / Maraq

Mahnı Teatrında turistlərə konsert verildi – Ruslar da film çəkdi

809
Mahnı Teatrında turistlərə konsert verildi – Ruslar da film çəkdi
Mədəniyyət və Turizm Nazirliyinin I Avropa Oyunlarına həsr etdiyi silsilə konsert proqramlarından biri ötən gün Rəşid Behbudov adına Mahnı Teatrında baş tutub.

Liderinfo.az-ın xəbər verir ki, əməkdar artist Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” estrada folklor ansamblı tamaşaçılara rəngarəng proqram təqdim edib.

Konserti tar ifası ilə açan ansamblın rəhbəri M.Cəfərov çıxışında idman oyunlarını təşkil edən ölkə başçısı İlham Əliyevə, eyni zamanda xanımı Mehriban Əliyevaya təşəkkürünü bildirib, idmançılara isə uğurlar arzu edib. Konsert zamanı oyunlarda Azərbaycanın adına qazanılan medalların sayının artdığını səhnədən elan edən əməkdar artist qürur hissi keçirdiyini vurğulayıb.

Turistlərin, fəxri qonaqların, Milli Olimpiya Komitəsinin nümayəndələrinin qatıldığı konsertdə baletmeyster Aytən Bünyatovanın təqdimatında rəqqaslar Natavan Əliyeva, Nərminə Haşımova, Cabir Rzayev, Fərhad Əliyev milli rəqslərimizi nümayiş etdirib. Eyni zamanda etno caz, ənənəvi caz, türk sənət musiqisi, fransız şanson, Azərbaycan estradasından mahnılar səsləndirilib.

Musiqiçilər Mircavid Cəfərov (tar), Tural Qasımlı (piano), Vasif Hüseynli (piano), Kamran Kərimov (nağara), Lütfiyar Əliyev (saksafon), Coşqun Sadıqov (tütək, balaban), İsgəndər Ələsgərov (zərb alətləri), Ruslan Hüseynov (bas gitara) solo nömrələrlə çıxış ediblər. Arzu Həsənli isə milli estradamızdan seçmə mahnıları ilə konsertə özünəməxsus rəng qatıb.

Qeyd edək ki, Rusiyadan gələn kinematoqrafçılar konserti lentə alaraq, kadrları Olimpiya Oyunlarına həsr olunan sənədli filmə daxil edəcəklər.