Redaksiya seçimi / Əsas Xəbər

Zakir Fərəcov– dövlətə və xalqa sədaqətli xidmət örnəyi

3275
Zakir Fərəcov– dövlətə və xalqa  sədaqətli  xidmət örnəyi
Qarabağ və Laçın camaatının hər zaman yanında olan el ağsaqqalı

Zakir Fərəcov 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olmuşdur.
1961-1971-ci illərdə orta ümumtəhsil məktəbində təhsil almışdır.
Əmək fəaliyyətini 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlamışdır.
1972-ci ilin noyabr ayından 1974-cü ilin noyabr ayınadək Murmansk vilayətinin Severomorsk şəhərində keçmiş Sovet Ordusunda həqiqi hərbi xitmətdə olmuşdur.
1971-ci ilin yanvar ayında Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik kimi işə başlamışdır.
1975-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrufatı İnstitutunun "Sənaye İqtisadiyyatı" fakültəsisin axşam şöbəsinə daxil olmuş, 1980-cı ildə həmin İnstitutu bitirmişdir.
1978-ci ildə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil Kommunal İstehsalat birliyinə baş direktor təyin olunmuşdur.
1999-cu ildə keçirilən bələdiyyə seçkilərində iştirak etmiş və Sumqayıt şəhər bələdiyyəsinin sədri seçilmişdir. 2005-2015-ci illərdə isə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli 2625 saylı Sərəncamına əsasən Abşeron rayonunun yaradılmasının 50 illiyi münasibətilə və rayonun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixili Sərəncamı ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.
Ailəlidir, 4 qızı, 1 oğlu, 5 nəvəsi var.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduğu gündən bu günə kimi bir çox işlərə imza atıb.
Bunlara misal olaraq Sumqayıtda 9 noyabr Dövlət Bayrağı Gününə həsr olunan möhtəşəm bir tədbir keçirilib.
Zakir Fərəcov– dövlətə və xalqa  sədaqətli  xidmət örnəyi
Sumqayıtda Azərbaycanın kimya sənayesinin yaranmasının 70 illik yubiley tədbiri keçirilib.
Zakir Fərəcov– dövlətə və xalqa  sədaqətli  xidmət örnəyi
Növbəti görüşlərdən biri də 24.11.2015-ci il tarixdə Hacı Zeynalabdin qəsəbəsində olmuşdur.
Zakir Fərəcov– dövlətə və xalqa  sədaqətli  xidmət örnəyi
Şəhərin bütün məhəllə və mikrorayonlarının, qəsəbələrin o cümlədən təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin, şəhər təsərrüfatının və bir çox strukturların vəziyyəti ilə yaxından tanış olmuş, şəhər ictimaiyyətinin çoxsaylı nümayəndələri, xüsusilə də şəhərin ağsaqqaları, fəal gəncləri, təhsil, səhiyyə və mədəniyyət işçiləri ilə görüşlər keçirmişdir.

Qəsəbədə yerləşən 6 saylı tam orta məktəbdə keçirilən görüş zamanı Zakir Fərəcov təyin olunduğu gündən Sumqayıt şəhərində irimiqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirildiyini, təhsil, səhiyyə və digər sahələrdə mövcud olan neqativ halların aradan qaldırılması istiqamətində ciddi işlərin görüldüyünü qeyd etməklə, şəhərdə həyata keçirilməsi nəzərdə tutulan inkişaf perspektivləri barədə geniş məlumat vermişdir. Eyni zamanda İcra başçısı qəsəbədə mövcud problemlərə də toxunmuşdur. Belə ki, qəsəbədəki Mədəniyyət evi keçən əsrin ortalarında istismara verildiyindən, 4 saylı uşaq poliklinikasının qəzalı vəziyyətə düşdüyündən, onların əsaslı təmirə və qəsəbədə İdman Kompleksinin inşasına böyük ehtiyacın olduğunu vurğulamışdır.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qəsəbə sakinləri ilə birbaşa səmimi dialoq zamanı sakinlərin problemlərini diqqətlə dinlənilmiş, vətəndaşların müraciətlərinə operativ münasibət bildirilmişdir. Sakinlərlə görüş zamanı şəhid ailəsinin fərdi evinin tikintisində sənədləşməylə bağlı problem, H.Zeynalabdin qəsəbəsində “Şirvan dəmiryol” yaşayış massivində əvvəllər Azərbaycan Dövlət Dəmiryolları QSC-yə məxsus və hal-hazırda İcra Hakimiyyətinin balansına verilmiş xidməti mənzillərin sənədləşdirilməsi məsələsi və ərazidə yeni elektrik transformatoru quraşdırılmaqla, yaşayış massivindəki elektrik enerjisinin verişində mövcud problemlərinin həll olunmasına dair tapşırıqlar vermişdir. Qəsəbə sakinləri şəhərin rəhbəri ilə dialoqda fəal iştirak etmişlər, Hacı Zeynalabdin qəsəbəsinin “Şirvan dəmir yol” yaşayış massivində uşaq bağçasının istilik sisteminin və dam örtüyünün yenidən qurması ilə bağlı İcra Hakimiyyətinin başçısına öz təşəkkürlərini bildirmişlər.

Görüş sonrası Zakir Fərəcov 6 saylı tam orta məktəbin şagirdləri ilə görüşmüş, onların təhsil səviyyəsi və tədris şəraiti ilə maraqlanmışdır. İcra Hakimiyyətinin başçısı Sumqayıt şəhərində və xüsusilə də Hacı Zeynalabdin qəsəbəsində şagirdlərin ali məktəblərə qəbul olunma səviyyəsinin qənaətbəxş olmadığını vurğulamaqla gələcək illərdə ali məktəblərə qəbul faizinin artırılması ilə bağlı məktəbin direktoru və müəllim heyətinin qarşısında xüsusi vəzifələr qoymuşdur.

LİDERİNFO.AZ olaraq Zakir müəllimə daha böyük nəaliyyətlər və uğurlu gələcək arzu edirik!
Elməddin Novruzlu:Liderinfo.az saytının baş redaktoru!