Redaksiya seçimi / Əsas Xəbər

Rüşvət verməyən müəllim işdən qovuldu: Bakı kollecində biabırçılıq

3379
Rüşvət verməyən müəllim işdən qovuldu: Bakı kollecində biabırçılıq
Bakı Qida Sənayesi Kollecində (əvvəlki adı: Bakı Yeyinti Sənaye Texnikumu) özbaşınalıq pik həddə çatıb.

Liderinfo.az məlumat verir ki, tələbələrə qarşı edilən haqsızlıqlar hətta müəllim heyətinə də sirayət edib. Əldə olunan məlumata görə, hər tədris ilinin əvvəlində dərs saatlarının bölgüsü zamanı bütün müəllimlər direktora haqq çatdırmalıdır. Rüşvət verməyənlər isə kollecdən qovulur. Belə bir hadisə kollecin müəllimi Sulduz Musayevin bşına gəlib.

Təhsil işçisi rüşvət vermədiyinə görə kolecdən qovulduğunu iddia edib. Məktubda bildirilib ki, kolleclərdə rüşvət, yerlibazlıq, özbaşınalıq kimi hallar müəllimlərin iş yerlərini itirməsinə gətirib çıxarır. 2015-ci il tədris ilində Qida Sənayesi Kollecinin müəllimi Musayev Sulduz Kamil oğluna dərs yükü verilmədiyindən tərəflər arasında narazılıq başlayıb. Az sonra isə kollecin tədris işləri üzrə direktor müavini Sadıq Məmmədov öz tərəfdarları ilə birgə iclas keçirib, iqtisadiyyat fənnini tədris edən Musayev Sulduz Kamil oğlu ixtisara salınıb və kollecdən kənarlaşdırılmasına dair qərar qəbul edilib.

Hətta direktor müavini Sadıq Məmmədov Sulduz Musayevdən hədə-qorxu yolu ilə ondan işdən çıxmasına dair ərizə yazmağı tələb edib.

Sulduz Musayev ərizəni yazmasa da, müxtəlif dairələrə kollecdəki biabırçılıqları əhatə edən ərizələr yazıb. Kollecin müəllimi iddia edir ki, təhsil ocağında tədrisin keyfiyyəti sıfıra bərabərdir. Müəllimlər dərsə gəlməyən, oxumayan, semestr zamanı tədris proqramına əhatəli şəkildə cavab verməyən tələbələrə qiymət yazılmasına məcbur edilir. Sadıq Məmmədov bu işlərin başında dayanıb, hər semestr kollecdə 200-300 min manat rüşvət yığır.

Kollecdə köhnə inzibati metodla idarəetmə hökm sürür. Kurs işləri arxivdəki sənədlərin üzü köçürülməklə tərtib edilir. Tələbələr təcrübədə olmur, təcrübə əvəzinə rüşvət verir. Savadlı, haqqını tələb edən müəllimlər işdən çıxarılır, rüşvət hesabına yeniləri işə qəbul olunur. Adını da qoyurlar ki, nazir belə tələb edir. Dərsə gəlməyən və bir çox tələbələrin təqaüd kartlarının kollec rəhbərliyində olması şübhə doğurmur, işə çıxmayan “ölü canların” mövcudluğu, kollecdə inventarların alınmasında mənimsəmələr, kollecin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanmasına ehtiyac olduğu bildirilir. (faktinfo.az)

Mövzunu diqqətdə saxlayacağıq.