Maraq / Azərbaycan
Mərkəzi Bank üçün 141 metrlik yeni bina tikilir
1412

Bakıda Azərbaycan Mərkəzi Bankı üçün yeni inzibati bina tikiləcək
Bu barədə “Azadlıq” qəzeti yazıb. Qəzetin yazdığına görə, Mərkəzi Bankın yeni inzibati binasının hündürlüyü 141 metr olacaq: “Dövlət Neft Fondunun hündürlüyü 126 metr olan binasının 85 milyon manata başa gəldiyini nəzərə alsaq, o zaman Mərkəzi Bankın yeni binasına 100 milyon manatdan artıq vəsait xərclənəcəyi söyləmək olar”.
Xatırladaq ki, Mərkəzi Bank üçün yeni inzibati bina tikintisinə dair qərar Nazirlər Kabineti tərəfindən hələ 2011-ci ildə verilib. Bu məqsədlə Heydər Əliyev prospektində müvafiq torpaq sahəsi də ayrılıb. Lakin tikinti işləri tezliklə də dayandırılıb.
Onu da qeyd edək ki, Mərkəzi Bankın indiki ofisi 1998-ci ildə istismara verilib. Bank üçün yeni ofisin tikilməsi zərurəti bütün əməkdaşları orada yerləşdirməyin mümkün olmaması ilə izah olunur.
Oxşar xəbərlər:

Deputatdan kredit faizlərinin artırılmasına etiraz
Son xəbər / İqtisadiyyat
İndi də "MuğanBank"dakı maxinasiyalar həbslərə nədən ola bilər... - İlginc iddialar
Ana səhifə
Elman Rüstəmova daha əvvəlki inam qalmayıb... - Baş bankirin başı cəncəldə...
Son xəbər / Əsas Xəbər
Mərkəzi Bankın ehtiyyatları artdı
Siyasət / İqtisadiyyat
Elman Rüstəmovun "çiçəklənən" biznesi... - Ölkənin baş bankiri biznesi naminə yaşıllıqları qurban verir...
Ana səhifə