Maraq / Şou Biznes

Türkiyə mətbuatı Xoşqədəm barədə yalan yazdı

930
Türkiyə mətbuatı Xoşqədəm barədə yalan yazdı
Türkiyə mediası 1 ildir evli olan Xoşqədəm Hidayətqızı ilə Doğuşun övladlığa uşaq götürdüyünü yazır. Xoşqədəm Hidayətqızı isə Liderinfo.az-ın açıqlamasında yazılanların yanlış olduğunu və Doğuşun verilişə gətirilən körpəni övladlığa götürməkdən imtina etdiyini bildirdi.

“Türkiyə mətbuatı düzgün yazmır. Biz o uşağı övladlığa götürəsi olmadıq. Vəziyyət elə dəyişdi ki, Doğuş uşaqdan imtina etdi. O balaca qızı mənim "Sən tək deyilsən" verilişimə nənəsi gətirmişdi. Deyirdi ki, atası körpədən imtina edib və doğulandan özü saxlayır. Mən körpəni çox sevdim və Doğuşa bu uşağı övladlığa götürməmizi təklif etdim. Biz onsuz da övladlığa uşaq götürməyi planlaşdırırıq. Hətta Suriyadan belə olsa, razıyıq.

Doğuş albom hazırlayır, bütün işlərini yarımçıq qoyub, Bakıya gəldi. Bu qızı çox istəyirdik. Doğuşla onu övladlığa götürəcəyimizi dedik. Atası canlı efirə çıxıb ki, uşağımı vermirəm. Atanın övladına sahib çıxmasına Doğuş da, mən də çox sevindik. Doğuş dedi ki, mən o uşağa nə qədər yaxşı baxsam da, doğma atası kimi ola bilmərəm. Bu səbəbdən də Doğuş da körpəni övladlığa götürməkdən imtina etdi”.