Maraq / Şou Biznes
“Özəl kanallardakı şou verilişlər haqqında dosye hazırlanacaq”
750

Nuşirəvan Məhərrəmli: “Özəl televiziya kanallarında yayımlanan şou xarakterli verilişlərin hər biri haqqında dosye hazırlanacaq. O dosyedə verilişlərin tərtibatı və sair məsələlər haqda arayış veriləcək. Arayışda qanunvericiliyə zidd hallar olacağı təqdirdə, bu məsələyə baxılacaq”
Bunu Liderinfo.az-a Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
Şura sədri bildirib ki, özəl televiziya kanallarında yayımlanan şou xarakterli verilişlərlə bağlı hazırlanan arayış artıq hazırlıq mərhələsindədir: “Bununla bağlı iş mütəmadi olaraq aparılır. Həmin şou verilişlərdə Azərbaycanın qanunvericiliyinə zidd halların olub-olmayacağı ciddi şəkildə araşdırılacaq”.
N. Məhərrəmli qeyd edib ki, “Space” televiziyasının rəhbərliyi onlara tutulan iradla bağlı üzərlərinə düşən işi görüblər: “Bu özü müsbət bir haldır. Bəzi adamlar işdən uzaqlaşdırılıb, bəzilərinə isə töhmət verilib. Ümumiyyətlə, kanalın reaksiyası normal olanda, bizim də reaksiyamız normal olur”.
Oxşar xəbərlər:

"Space"in yayımı dayandırıla bilər" - MTRŞ
Maraq / Şou Biznes
"Space"in efirində daha bir biabırçılıq - video
Şou Biznes
TV-lər Avropa Oyunlarını necə işıqlandıracaq? - SORĞU
İdman / Maraq
Fond jurnalistləri mükafatlandırdı
İqtisadiyyat / Sosial
"Azərbaycanda oturub, başqa ölkənin namaz vaxtını elan etmək qeyri-normal haldır, ölçü götürüləcək" - Komitə sədri
Dünya / Maraq