Maraq / Azərbaycan
Bakıda 33 yaşlı kişi itkin düşüb
959

33 yaşlı Bədəlov Emil Əli oğlu iyunun 16-da Bakı Dövlət Universitetinin yaxınlığında yoxa çıxıb
Daimi yaşayış yeri Binəqədi rayonu olan E. Bədəlov özünə məxsus "VAZ-2104" markalı maşınla Bakı Dövlət Universiteti yaxınlığındakı kirayə verdiyi mənzilinə baş çəkməyə gedib və geri qayıtmayıb.
Yaxınları bu barədə dərhal polisə məlumat veriblər. Araşdırmalar zamanı itkin düşən şəxsin avtomobili Bakı Dövlət Universitetinin yaxınlığında saz vəziyyətdə aşkarlanıb. Avtomobildən E. Bədəlova məxsus əşyaların götürülmədiyi məlum olub.
Hazırda polis itkin düşən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Hüquq-mühafizə orqanlarından Liderinfo.az bildirilib ki, itkin düşən şəxsin taleyinə aydınlıq gətirilməsi üçün zəruri olan bütün tədbirlər görülür. İtkin düşməzdən əvvəl E. Bədəlovun getdiyi evdə kirayədə yaşayan şəxslər də polis tərəfindən dindiriliblər. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir
Oxşar xəbərlər:

Hərbçilərimizin meyitləri beynəlxalq sərhədə qaytarılıb
Son xəbər / Əsas Xəbər
Tiflisdə ölənlərin sayı 19-a çatıb
Kriminal / Hadisə
Futbolçu aktyorun intihar etdiyi yerdə özünü asdı
Kriminal / Hadisə
Ankara səfirliyimiz PKK-ya qoşulan tələbələr haqda danışdı - "...bununla bağlı araşdırmalar davam edir"
Siyasət / Son xəbər
Dəhşətli gəmi qəzası: 450 nəfər itkin düşüb
Dünya