Maraq / Şou Biznes

Azərbaycanlı müğənni: “O mənim qızım deyil“ - Foto

944
Azərbaycanlı müğənni: “O mənim qızım deyil“ - Foto
"Məcbur olub, bu gün açıqlama vermək qərarına gəldim"

"O uşaq mənim qızım deyil". Bu açıqlama Qala qrupunun üzvü, bəstəkar-müğənni Ceyhun Əliyevə məxsusdur.

İfaçı Liderinfo.az-a açıqlamasında, “Ceyhunun övladı ilə birgə şəkilləri yayıldı” başlığı ilə xəbərlərə aydınlıq gətirdi:

"Yeni yazdığım "Məryəm" mahnısı insanlar arasında çaşqınlıq yaradıb. Bu mahnını dostumun qızına həsr etmişəm. Bir müddət öncə dostumun qızı Məryəmlə birgə şəklimi sosial şəbəkədəki səhifəmdə paylaşmışdım. Bir çox xəbər portalları “Ceyhunun övladı ilə birgə şəkilləri yayıldı” başlığı ilə xəbərlər yaydı.

Məcbur olub, bu gün açıqlama vermək qərarına gəldim. Bu mənim yox, dostumun övladıdır. Mənim qızımın adı İradədir. O, hələ balacadır. İnşallah bir az böyüsün, onun şəklini sosial şəbəkədə paylaşacağam. Hətta qızıma mahnı da bəstələmək fikrim var. Amma onu da deyim ki, dostumun qızını da öz qızım kimi istəyirəm. Elə bu sevgidən də ilhamlanıb, “Məryəm” adlı bəstəni yazdım. Düşünürəm ki, seviləcək”.