Maraq / Şou Biznes

Müğənnilərdən kim oruc tutacaq? – “Tutmayacam, Allah mənə icazə verib”

1025
Müğənnilərdən kim oruc tutacaq? – “Tutmayacam, Allah mənə icazə verib”
Sabah iyunun 18-də Rаmаzаn ayının başlanğıcıdır. Həmin gün bayram namazı qılınacaq.

Bu gün isə оrucluğun niyyət gecəsidir. “Qurani-Kərim”in nazil olduğu bu ayda müsəlman olan hər kəs bir çox istəklərindən vaz keçir, dua oxuyur, insanlara yaxşılıq edir və oruc tutur. Azərbaycanın əhalisinin də böyük əksəriyyəti Ramazan bayramında oruc tutmağa və iftar süfrəsində bir yerə toplaşmağa üstünlük verir. Bəs, Ramazanda Azərbaycan sənətçilərindən kimlər oruc tutacaq?

Liderinfo.az-ın bu suala cavab tapmaq üçün bir çox sənət adamları arasında sorğu keçirib.

Xalq artisti Nisə Qasımova: “Bu gecə niyyət gecəsidir. Mən oruc tuta bilmirəm. Amma orucun kəffarəsi var. Allah mənə nəsib etsin ki, o əvəzi verə biləm”.

Xalq artisti Zülfiyyə Xanbabayeva: “Oruc mənimlə Allahın arasında olan bir şeydir. Onu açıqlamaq istəmirəm”.

Xalq artisti Gülyaz Məmmədova: “Mənim təzyiqim var, zəifəm. Neçə dəfə yoxladım, amma alınmadı. Qərara aldım ki, ümumiyyətlə, oruc tutmayım. Səhhətim yol vermir”.

Müğənni Xatirə İslam: “İnşallah, Allah nəsib eləsin. Və ən başlıcası mənə güc versin ki, bu ayı salamat başa vura bilim. Allah hamıya oruc tutmağı nəsib etsin”.

Əməkdar artist Lalə Məmmədova: “Mən oruc tutmayacağam”.

Müğənni Mətanət Əsədova: “Xəstəyəm, boğazım ağrıyır, sağalsın, sonra baxaram. O zaman qərar verəcəm ki, oruc tuta bilərəm, ya yox”.

Müğənni Nüşabə Ələsgərli: “Bilmirəm, mədəm xəstədir. Bu üzdən oruc tutmayacağam”.

Müğənni Mənzurə Musayeva: “Mən hələ bu günə kimi heç bir vaxt oruc tutmamışam. Səhhətimdə problem var”.

Müğənni Xuraman Şuşalı: “Mən oruc tutmayacağam, çünki Allah mənə icazə verib”.