Maraq

XALQ.AZ 3 ildir xalqımıza xidmət edir

598
XALQ.AZ 3 ildir xalqımıza xidmət edir
Ölkənin önəmli xəbər portallarından biri olan XALQ.AZ saytının 3 yaşı tamam oldu.

XALQ.AZ İnformasiya Agentliyi yarandığından müstəqil informasiya siyasəti həyata kecirən media qurumudur.

zaur-mirza-zade

Bu barədə saytın baş redaktoru, Zaur Mirzə-zadə məlumat verib:

İnternet mediasının sürətlə inkişaf etdiyi bir zamanda XALQ.AZ xəbər portalı ötən 3 ildə Azərbaycan internet məkanında özünə yer etməklə yanaşı, hazırda populyar xəbər resurslarından biri ünvanını qoruyub saxlayır. “XALQ.AZ” saytında Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan basqa, internet saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. “XALQ.AZ” saytı qısa bir müddətdə geniş oxucu kütləsinin rəğbətini qazanıb və ölkənin aparıcı media orqanlarından birinə çevrilib. Artıq üç ildir ki, ölkənin bir sıra tanınmış imzaları – siyasi xadimlər, müstəqil siyasi şərhçilər, jurnalistlər XALQ.AZ-la əməkdaşlıq edir.