Maraq

Azərbaycan Sosial Rifah Partiyası: “Xocalı soyqrımı beynəlxalq mətbuat müstəvisində”

1223
Azərbaycan Sosial Rifah Partiyası: “Xocalı soyqrımı beynəlxalq mətbuat müstəvisində”
Ülkər Musazadə: “Biz bununla dünya ictimaiyyətinə nümayiş etdirdik ki, müsəlman və türk dövlətləri istərsə, informasiya müharibəsi yönündə birlik nümayiş etdirə bilər...”

Azərbaycan Sosial Rifah Partiyası fevralın 24-də Xocalı soyqrımın 24-cü il dönümünü anmaqla “Xocalı soyqrımı beynəlxalq mətbuat müstəvisində” adlı tədbir keçirdi. Tədbiri giriş sözü ilə açan ASRP-nin sədr müavini Əsli Kazımova əvvəlcə gələn qonaqları salamladı və daha sonra onları “Xocalı soyqırımı”, “20 yanvar faciəsi” və o cümlədən torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükütla yad etməyə dəvət etdi. Daha sonra Ə. Kazımova “Xocalı soyqrımı beynəlxalq mətbuat müstəvisində” adlı tədbirin təşkil edilməsi zərirəti haqqında məlumat verdi. O bildirdi ki, Xocalı soyqırımı - 1992-ci il fevralın 25- dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bunu biz Heydər Əliyev Fondunun Vitse prezidenti Leyla xanım Əliyevanın təşkilatçılığı ilə “Xocalıya Ədalət” kompaniyasının tədbirlərindən bu istiqamətdəki kinofilmlərdən, kitablardan, internet saytlarındakı materiallardan daha yaxşı görürük. Bu soyqırım zamanı Azərbaycan xalqı minlərlə şəhid qurban vermişdir.

Tədbirdə çıxış edən Azərbaycan Sosial Rifah Partiyasının Beynəlxalq Əlaqələr şöbəsinin sədri, Dövlətlərarası Media və Diplomatiya Məkəzinin rəhbəri Ülkər Musazadə də, öz növbəsində dünya birliyinin bu günə qədər Azərbaycan torpaqlarında sözün əsl mənasında etnik təmizləmə aparmasına göz yumduqlarını dünya birliyi adına bir utanc olduğu bildirdi. Onun sözlərinə görə, bu gün Azərbaycan güclü və mütəşşəkkil hərbi potensialımıza arxalanaraq, dünya miqyasında informasiya müharibəsinə qatılmalıdır: “Bu gün dünya ictimaiyyətinin fikrini yalnız və yalnız beynəlxalq mətbuat gücünə dəyişmək mümkündür. Biz heç bir zaman xalqımızın başına gətirilənləri deməkdən yorulmamalıyıq. İnanın mənə ki, bu gün dünyanı idarə etmək niyyətində olan böyük güclər belə hərbi müharibədən daha çox informasiya müharibədinə üstünlük verir. Çünki informasiya müharibəsi müharibəsi bu gün gəlin razılaşaq ki, hərbi əməliyyatlardan daha effektli nəticələr verir. Ona görə də biz mütləq sürətdə güclü təbliğat aparmalıyıq. Nəzərdə saxlamalıyıq ki, məhz güclü təbliğat sayəsində biz yeni nəsli tariximizi, qan yaddaşımızı unutmamağa motivasiya etmiş olacağıq. Biz bunun üçün çalışmalıyıq. Dövlətlərarası Media və Diplomatiya Mərkəzi dünən də, bu gün də Pakistan Azərbaycan Media Forumu layihəsi çərçivəsində pakistanda Xocalı soyrqımının 24-cü il dönümünü anır. Biz burdayıq amma Xocalı faciəsi pakistanda qeyd edilir. Baxın budur təbliğat! Budur müsəlman dövlətlərinin birləşməsi. Qondarma erməni soyqrımının 100 illiyi qeyd edilərkən biz türkiyəyə dəstək vermək amacı ilə bir çox türk və müsəlman dövlətlərinin mətbuatı üzərindən bir ay boyunca etiraz aksiyasını davam etdirdik. Mütəmadi etiraz məqalələri ilə çıxış etdik. Biz bununla dünya ictimaiyyətinə nümayiş etdirdik ki, müsəlman və türk dövlətləri istərsə, informasiya müharibəsi yönündə birlik nümayiş etdirə bilər”.

Erməni əsirliyində olmuş, Dürdanə Ağayeva bütün tədbir iştirakçılarına canlı şahid kimi erməni vandalizmindən danışdı. Hər kəsi kövrəldən xanım, ermənilərin törətdikləri qətliamı bütün çılpaqlığı ilə təsvir etdi. Məzarları belə olmayan Xocalıda qətlə yetirilənlər bu tədbirdə sanki sözün əsl mənasında ziyarət olundu.

Daha sonra tədbiri qələm ustadalrı və bir çox jurnal və qəzet rəhbərləri davam etdirdi. Xocalıya aid olduqca geniş, ürəkdən gələn şeirlər səsləndirildi.