Maraq / Araşdırma

Bakıda vaxtı keçmiş pivələr satılır - "Sezon"udur, ehtiyatlı olun...

1531
Bakıda vaxtı keçmiş pivələr satılır - "Sezon"udur, ehtiyatlı olun...
Manatın devalvasiyasından sonra bir sıra iri inhisarçı şirkətlər ərzaq məhsulları bazarında qiymətləri süni şəkildəartırmağa çalışırdılar.

Bir müddət İqtisadi İnkişaf Nazirliyi süni qiymət artımlarına qarşı mübarizə aparsa da, sonradan prosses dayandırıldı. Lakin qiymət artımları demək olar ki, hər gün davam etməkdədir. Xüsusilə də spirtli içkilər bazarında qiymətlər ötən ilin indiki dövrü ilə müqayisədə çox bahadır. Məsələn ötən il marketlərdə satılan Bakı Baltika Zavodunun məhsulu olan «33 Exsport» pivələri 1 manata idisə, artıq qiymətlər 1.040 manata satılır.

Hazırda Bakının iri marketlərində digər sərinləşdirici spirtli içkilərin də qiymətində artımlar müşahidə olunmaqdadır. Qiymət artımına gedə bilməyən bəzi iri marketlər isə saxlama müddəti keçmiş məhsulları ucuz kampmaniya kimi istehlakçılara sırımaqla məşğuldurlar. Belə marketlərdən biri də Bakı-Sumqayıt yolunun üzərində, Masazır kəndi yaxınlığında yerləşən «Azər Sity» marketidir.