Maraq / Şou Biznes

İlhamə Quliyeva klip təqdimatında ağladı

867
İlhamə Quliyeva klip təqdimatında ağladı
Xalq artisti İlhamə Quliyeva “Yaşa idman bayramı” adlı mahnısına çəkdirdiyi klipinə təqdimat edib.

Liderinfo.az-ın məlumatına görə, mahnının sözləri Baba Vəziroğluna, musiqisi Tahir Əkbərə məxsusdur. Ekran işinin rejissorluğu Nail Naiboğluna həvalə olunub.

Yeni işi ilə bağlı xəbər verən İ.Quliyeva göz yaşlarını saxlaya bilməyib:
“Klipə ilk dəfə evdə baxdım. Göz yaşlarımı saxlaya bilmədim. Bu çox qürurverici bir işdir (kövrəlir). Gözəl klipdir. Sakit oturmuram. Ölkədə baş verən yaxşı hadisələrə həmişə münasibət bildirmişəm. Klip çəkdirib, Avropa Oyunlarına həsr etdim. Xalqımızın gözü aydın olsun. Bu oyunlar üçün dövlətimiz hər bir şəraiti yaradıb. Klip bir günə çəkildi. Bir məkanda çəkilib”.
İ.Quliyeva idman marağından da danışıb:

“Bədii gimnastikaya maraq göstərirəm. Bir vaxtlar ailəmlə birlikdə “Neftçi” futbol komandasına azarkeşlik edirdim”.

Qeyd edək ki, təqdimat mərasimində xalq artisti Faiq Ağayev, müğənni Nadir Qafarzadə, aparıcı Elgiz Əkbər, meyxanaçı Namiq Məna və başqaları iştirak edib.