Maraq / Əsas Xəbər

Rüşvət tələb olunan müəllim Təhsil Nazirliyinə səsləndi... - "Bizdən sizin adınızdan pul tələb olunur”

1040
Rüşvət tələb olunan müəllim Təhsil Nazirliyinə səsləndi... - "Bizdən sizin adınızdan pul tələb olunur”
Şəki rayonu kənd məktəblərinin müəllim və texniki heyətindən pul tələb olunur.

Moderator.az - ın verdiyi xəbərə görə, təhsil ocaqlarının direktorları müəllim və texniki heyətə bildirib ki, Bakıdan Təhsil Nazirliyindən məktəblərə yoxlama gəlib. Yoxlamanı “yola vermək” üçün müəllimlərdən 150 - 200 azn tələb olunub.
Açıqlama verən kənd müəlliminin sözlərinə görə, o, Şəki rayonunun Aşağı Göynük və Selbasan kəndinin müəllim və texniki heyəti ilə söhbət edib.

Onların hər birindən yuxarıda qeyd olunan məbləğ tələb olunmaqdadır:

“Mən adımın hallanmasını istəmirəm, çünki bilirəm ki, adım keçən kimi işimi itirə bilərəm. Sizə dəqiq deyə bilərəm ki, kənd məktəblərində işləyən müəllimlərdən pul tələb olunub. Müəllimlərə bildirilib ki, pul verilməsə onlar işdən azad olunacaq. Hələ ki, müəllim və texniki heyət sözü bir yerə qoyaraq tələb olunan pulu vermirik. Mən burdan Təhsil Nazirliyinə səslənib demək istəyirəm ki, bizdən onların adından pul tələb olunur.”