Maraq / Şou Biznes
Nadir Qafarzadə direktor təyin edilməyib
881

Müğənni Nadir Qafarzadənin Abşeron rayonu, Qobu qəsəbəsinin Mədəniyyət sarayının direktoru vəzifəsinə təyin olunması ilə bağlı məlumatlar əsassızdır
[b][/b]
Bu barədə aznews.az-a Abşeron rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Manafov məlumat verib.
Bildirib ki, N.Qafarzadəni işgüzar müsahibəyə çağırıblar, lakin direktor təyin edilməsi ilə bağlı xəbər yalandır: "Nadir Qafarzadə bizə müraciət etmişdi. Biz də dəvət etdik. Söhbət etdik. Mədəniyyət klublarında hansında boş yer olsa, onu həmin yerə direktor, yaxud adi işçi kimi götürə bilərik. Razılaşdıq ki, Nadir Qafarzadə kəndlərdə də - Qobuda, Hökməlidə konsertlər verə bilər".
İ.Manafov bildirib ki, hazırda Qobu qəsəbəsinin Mədəniyyət sarayının direktor postu boşdur: "Lakin həmin vəzifəni hazırda müvəqqəti olaraq Vüqar İsrafilov adlı şəxs icra edir. O da hazırda məzuniyyətdədir. Onu da bildirmək istəyirəm ki, V.İsrafilov direktorluq işinin öhdəsindən layiqincə gəlir və nümunəvi işçimizdir".
Oxşar xəbərlər:

Direktor bir gündə iki bayramı qeyd etdiyi gün işdən çıxarılıb
Ana səhifə
Abbas Abbasovun qardaşları ilə bağlı müəmmalı durum... - Həbs olunan var, amma..
Əsas Xəbər
Laçında idarə müdirinin adamı kişiləri də analıq məzuniyyətinə göndərir
Ana səhifə
Gədəbəydə nurçulara qarşı şok əməliyyat - Həbs olunanlar var
Əsas Xəbər
Azərbaycanda məktəb direktoru xadiməni döyüb xəstəxanalıq etdi
Əsas Xəbər / Hadisə