Ana səhifə

 Kontakt Mağazalar Şəbəkəsində müştərilər necə aldadılır? - fırıldaqçılıq...

1282
  Kontakt Mağazalar Şəbəkəsində müştərilər necə aldadılır? - fırıldaqçılıq...
Kontakt Mağazalar Şəbəkəsində müştərilər necə aldadılır?

Paytaxtda məişət avadanlıqlarının alış-satışıyla məşğul olan çoxlu sayda mağaza var. Demək olar ki, hər addımda məişət avadanlığı satan dükanlarla rastlaşırıq. Lakin bəziləri fəaliyyətində bir sıra qanunsuzluqlara, özabşınalıqlarla, istehlakçıların hüquqlarını pozmağa yol verirlər. Bu mağazalar şəbəkəsindən biri də "Kontakt" mağazalar şəbəkəsidir.

Manatın devalvasiyasından sonra ilk qiymət artımına gedən mağazalar şəbəkəsi arasında "Kontakt"ın adını xüsusi olaraq qeyd etmək olar. Qeyd edək ki, bu mağazada qiymətlər devalvasiyadan öncə də çox yüksək idi. Hətta məhsulları kreditə dollarla verirdilər. Dolların məzənnəsi qalxandan sonra isə oradan alış-veriş edənlərin durumu ağırlaşdı. Belə ki, "Kontakt" müştərilərinə güzəştə getmədi. Bir deyil, bir neçə məhsulu birdən götürən istehlakçılara daha çox çətinlik yaratdı. Lakin hər kəs məcburiyyət qarşısında qalıb kreditini ödəməkdə davam edir. Bizə verilən məlumata görə, sözügedən ticarət obyektində qiymətlərdə yenidən qalxmalar müşahidə olunur. Bu da oranın daimi müştərilərinin narazılığına səbəb olub. Bu mağazada müştərilərdən kredit üçün arayış tələb olunmadığına görə buradan məhsul almaq işləyən və işləməyən hər kəs üçün əlçatandır. Ona görə "Kontakt" Mağazalar Şəbəkəsinin müştəriləri digər mağazalarla müqayisədə daha çoxdur. Sözügedən mağaza rəhbərliyi isə müştəri çoxluğundan istifadə edərək məhsulların qiymətini qaldırıb. Lakin müştərilərdən Lalə xanım bildirdi ki, baxmayaraq ki, buranın daimi müştərisiyəm, qiymətlər belə yüksək qalacaqca, bir daha buradan heç nə almayacağam: "Eyni məhsul digər mağazalarda buradan ucuzdur. Burada kredit götürmək üçün süründürməçiliyə məruz qoymadıqlarına görə, buradan almağa üstünlük veririk. Lakin dolların məzənnəsi qalxandan sonra bu mağaza başımıza oyun açdı. İndi də qiymətləri qaldırıblar. Bu qədər də olmaz. Vətəndaşların sosial durumunu nəzərə almaq lazımdır".

Bundan başqa alıcılarla həyata keçirilən alış-veriş barədə kredit müqaviləsi birbaşa "Kontakt" mağazalar şəbəkəsi ilə bağlanılır ki, bu da mövcud qanunvericiliyə ziddir. Çünki ölkə qanunvericiliyinə görə kreditləri ancaq banklar və bank olmayan kredit təşkilatları verə bilər. Bu halda "Kontakt" mağazalar şəbəkəsinin alıcılarla olan müqaviləsi də heç bir hüquqi status daşımır. Həmçinin "Kontakt" mağazalar şəbəkəsi kredit müqaviləlri avadanlıqlara görə dəyişilir.

Müştərilər hər ay kredit borclarını adıçəkilən şəbəkənin mağazalarına ödəyirlər ki, bu da "Kontakt" mağazalar şəbəkəsinə vergidən yayınmaq üçün tam şərait yaradır.

Bizə verilən məlumata görə, "Kontakt" mağazalar şəbəkəsi son bir ildə satdığı malları Sədərək Toptan Satış Mərkəzindən alır. Malları topdansatış qiymətinə aldığı üçün bu şirkətin gəlirlərinə elədə təsir etmir. Artıq kredit monopoliyasını əlinə aldığı üçün satdığı avadanlıqların üstünə dəyərindən iki dəfə çox qiymət qoyan mağazalar şəbəkəsi əslində heç nə itirmir, əvəzində isə vergidən yayınmaq üçün bütün imkanları əldə etmiş olur. Mənbə həmçinin onu da qeyd edir ki, "Kontakt" mağazalar şəbəkəsində adı marka, lakin marka şirkətləri iləbirgə müştərək müəssisə yaradan kiçik firmaların istehsal etdiyi mallardaha çox satılır. Ona görə də istehlakçılar mal alarkən düzgün mağaza seçsinlər.