Ana səhifə / Hadisə
Ucarda Neft Bazanın direktoru 6 maşını əzdi-FOTOLAR
1293

Təyyar Məmmədovun 180 km/saatlı idarə etdiyi avtombilinin üzərindəki nömrə nişanı da başqa maşına aid olub
Dünən axşam saatlarında Ucar rayonunun «Dörd Yol» deyilən ərazisində dəhşətli zəncirvari yol qəzası hadisəsi baş verib. Bu barədə Liderinfo.az-a jurnalist Fuad Hüseynov məlumat verib.
Onun verdiyi məlumata görə, hadisə nəticəsində 6 avtomobil yararsız vəziyyətə düşüb. Qəzanı törədən şəxs isə Ucar Neft Bazasının direktoru Təyyar Məmmədov olub. Belə ki, o, 99 AA 226 dövlət nömrə nişanlı «Toyota Corolla» markalı maşınıyla sürət həddini aşdığı üçün sükana nəzarəti itirib. Hətta qəza ərəfəsində sürətin 180-200 km/saat olduğuna dair iddialar var. Həmçinin qəzada yaralananın olmadığı bildirilir.
Liderinfo.az-a verilən məlumatda deyilir ki, Təyyar Məmmədovun idarə etdiyi avtomobil şəxsi olsa da, onun üzərindəki dövlət nömrə nişanı həmin maşına aid olmayıb.





Oxşar xəbərlər:

Xaçmazda yol qəzası baş verib
Araşdırma / Hadisə
Bakıda ağır qəza: 4 yaralı
Araşdırma / Hadisə
Avtomobil benzini istehsalı artıb
İqtisadiyyat / Maraq
Olimpiya stadionunun qarşısında ağır qəzadan dəhşətli görüntülər - Ölənlər var
Maraq
Avtoyuma məntəqəsinin işçisi müştərinin avtomobili ilə qadını vurdu
Son xəbər / Kriminal